...

Türkiyədə parlament komissiyası kəşfiyyat xidmətinin fəaliyyəti haqqında qanun layihəsini bəyənib

Siyasət Materials 24 Fevral 2014 10:26 (UTC +04:00)
Türkiyədə parlamentinin Daxili işlər üzrə komissiyası ölkənin kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanun layihəsini bəyənib.
Türkiyədə parlament komissiyası kəşfiyyat xidmətinin fəaliyyəti haqqında qanun layihəsini bəyənib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə parlamentinin Daxili işlər üzrə komissiyası ölkənin kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanun layihəsini bəyənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Anadolu" agentliyi xəbər yayıb.

Bununla yanaşı, qanun layihəsinə bəzi dəyişikliklər edilib.

Parlamentin Daxili işlər üzrə komissiya tərəfindən edilən dəyişikliklərə görə, məxfi xarakterli məlumatların səsləndirilməsinə görə həbs cəzası 12 il azaldılıb və bundan sonra bu cinayət növü üzrə cəzanın aşağı həddi üç, yuxarı həddi isə doqquz il azadlıqdan məhrum etmə olacaq.

Fevralın 20-də Türkiyə parlamenti növbəti iclasında ölkədə kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanun layihəsində dəyişiklikləri müzakirə edib.

Qanun layihəsinə aşağıdakı bəndlər üzrə dəyişiklik edilməsi planlaşdırılır: kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq; məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq; Türkiyənin kəşfiyyat idarəsinin əməkdaşlarının ailə üzvləri terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.

Bundan əlavə, qanun layihəsində daha bir dəyişikliyə əsasən isə, ölkənin kəşfiyyat xidmətinin əməkdaşlarından dəlilsiz şikayətlərə prokurorluq tərəfindən baxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti