...

Krımda mitinq zamanı 30 nəfər xəsarət alıb

Siyasət Materials 26 Fevral 2014 23:22 (UTC +04:00)
Krım parlamenti yaxınlığında keçirilən mitinq zamanı 30 nəfər müxtəlif tipli xəsarətlər alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib.
Krımda mitinq zamanı 30 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Krım parlamenti yaxınlığında keçirilən mitinq zamanı 30 nəfər müxtəlif tipli xəsarətlər alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Muxtar Respublikanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Həmin altı nəfərdən üçünün vəziyyəti ağır, digər üçünün isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım Ali Radasının qarşısına bir neçə min nəfər toplaşıb. Onlardan aralarında Krım-tatar xalqının Məclisinin bir çox tərəfdarlarının olduğu bir qrup "Krım Rusiya deyil", "Ukrayna, Ukrayna", digər qrup isə Krım və Rusiya bayraqları ilə "Rusiya, Rusiya" şüarları səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti