...

Türkiyə 1915-ci il hadisələrinə aid sənədləri təqdim etməyə hazırdır

Siyasət Materials 12 Mart 2014 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Tariverdiyeva/

Türkiyə 1915-ci il hadisələrinə və qondarma "erməni soyqırımı"na aid sənədləri təqdim etməyə hazırdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək ermənilərin iddialarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla birgə tarixi komissiyanın nəticələrini qəbul etməyə hazırdır: "Ən böyük haqsızlıq və hörmətsizlik cəmiyyəti baş verməyən soyqırımla günahlandırmaqdır. Kanada parlamentinin bu yaxınlarda 1915-ci il hadisələrini soyqırım kimi tanıması Türkiyəyə böyük zərbədir".

C.Çiçək qeyd edib ki, 1915-ci ildə həm erməni, həm də türk əhali məşəqqət çəkib: "Bunun beynəlxalq hüquqa uyğun soyqırımla heç bir ümumi əlaqəsi yoxdur".

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti