...

Türkiyə müxalifəti ölkənin Baş nazirindən hesabat verməsini tələb edəcək

Siyasət Materials 8 May 2014 14:27 (UTC +04:00)
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğandan ölkə parlamentində hesabat verməsini tələb edəcək.
Türkiyə müxalifəti ölkənin Baş nazirindən hesabat verməsini tələb edəcək

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğandan ölkə parlamentində hesabat verməsini tələb edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, müxalif partiya gələn həftə bu tələblə ölkə parlamentinə müraciət edəcək.

Qəzetin məlumatına görə, CHP digər siyasi partiyaların da bu tələblə çıxış etməsi üçün addımlar atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti