...

Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 May 2014 15:30 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə dünya liderlərindən Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.
Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 may /Trend/

28 May - Respublika Günü münasibətilə dünya liderlərindən Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Macarıstanın Prezidenti Yanoş Aderdədən:

"İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük hörmətlə səmimi təbriklərimi çatdırım.

Sizi əmin edirəm ki, Macarıstan Azərbaycan ilə əlaqələrin dinamik inkişafında və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

Çex Respublikasının Prezidenti Miloş Zemandan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində keçirdiyimiz son görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram.
Mən Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan yaxşı münasibətləri çox yüksək dəyərləndirir və inanıram ki, bu münasibətlər ölkələrimizin artan rifahına töhfəsini verəcəkdir.

Hörmətli cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm".

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi öz adımdan və yunan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin Yunanıstana rəsmi səfəriniz ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına bir daha tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm".

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına daha çox inkişaf və rifah arzularımı bildirməkdən məmnunluq duyuram.

Bu xoş arzularla bərabər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün Sizinlə birlikdə işləməyə həmişə hazır olduğumu ifadə etmək istəyirəm.

Zati-aliləri cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsurdan:

"Azərbaycan Respublikasının milli bayramının növbəti ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, Sizə böyük ehtiramımı çatdırıram".

Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadidən:

"Qardaş Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına davamlı inkişaf və yüksək rifah diləyirəm".

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbadan:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Qabon xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram günündə xalqınıza xoşbəxtlik, ölkənizə daha böyük uğurlar arzulayıram.

Sizi əmin etmək istərdim ki, ölkələrimizin ümumi mənafeyi naminə Librevil ilə Bakı arasında əməkdaşlığın daha dinamik inkişafının tərəfdarıyıq.

Cənab Prezident, Sizə dərin ehtiramıma əmin olun".

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə xalqınıza, Sizə və hökumətinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsinə çalışacağam.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza və ölkənizə rifah arzulayıram.
Sizi bir daha salamlayır, Zati-alinizə Ulu Tanrıdan xeyir və bərəkət diləyirəm".

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının adından təbriklərimizi qəbul edin.

Sizə - görkəmli siyasət və dövlət xadiminə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın tərəqqisi və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Azərbaycan iqtisadiyyatda və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində inamlı nailiyyətlər nümayiş etdirir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiyini əyani şəkildə təsdiq edir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycan arasında təşəkkül tapmış səmərəli və çoxşaxəli qarşılıqlı əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələrin təməlində xalqlarımızın zamanın sınağından çıxmış qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri dayanır.

Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu idarə heyətinin sədri Əli Sarıqayadan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və tərəqqi arzu edirik.
Biz Sizin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunədir.

Biz Azərbaycan Hökumətinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirik.

Zati-alinizə Azərbaycan Respublikasının inkişafı, gənclərin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

"Russneft" Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Mixail Qutseriyevdən:

"Sizi dövlət bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat dinamik inkişaf edir, vətəndaşların rifahı yüksəlir və ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənizin inkişafı yolunda daim yeni-yeni uğurlar qazanacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına ən xoş və ən səmimi arzularımı çatdırır, ölkənizə daha firavan həyat diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti