...

Devid Kemeron: Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 İyun 2014 11:35 (UTC +04:00)
Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.
Devid Kemeron: Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir S.Əliyev/

Azərbaycan qazını Avropaya nəql edən "Cənub Qaz Dəhlizi" layihəsi Avropa üçün həyati əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışı münasibəti ilə göndərdiyi təbrik məktubunda deyilir. Məktubu Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri oxuyub.

Məktubda deyilir ki, energetika Avropa ölkələrinin bütün əhalisinin iqtisadi rifahı və inkişafı üçün həyati vacib sahədir: "Məhz buna görə "Cənub Qaz Dəhlizi" mühüm layihədir".

Baş nazir qeyd edib ki, 2013-cü il göstərilən layihənin reallaşdırılması üçün əsas il olub, eləcə də TAP (Trans-Adriatik qaz kəməri) layihəsinin həyata keçirilməsi işində əhəmiyyətli irəliləyişə nail olunub.

Kemeron bildirib ki, bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addım idi. Baş nazir layihədə iştirak edən bütün tərəfləri təbrik edib.

Məktubda bildirilir: "Amma 2014-cü ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə bağlı bütün iddiaları tam həcmdə həyata keçirməkdən ötrü bir çox işlər görmək lazımdır. Həmin iddiaların həyata keçəcəyinə əminəm".

Baş nazir öz məktubunda layihənin bir çox illər irəlidə enerjidaşıyıcıların əlavə təchizatı mənbələrini təmin edəcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub: "Azərbaycan ilə Birləşmiş Krallıq arasında möhkəm ikitərəfli münasibətlərlə fəxr edirəm".

D.Kemeron qeyd edib ki, mövcud ticarət əlaqələrinin əsasını Britaniyanın BP kimi iri şirkətləri ilə olan münasibətlər təşkil edir. Həmin şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatının neft-qaz sektoruna yatırılan birbaşa xarici investisiyaların iri mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti