...

Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Siyasət Materials 12 İyun 2014 15:05 (UTC +04:00)
Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri Azərbaycanda səfərdədirlər.
Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri Azərbaycanda səfərdədirlər.

Trend xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov, Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdikləri nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər. Səfərdə məqsəd TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar sessiyasında iştirak etməkdir.

Bu gün TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycanın Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Bundan əlavə, TBMM sədri C.Çiçək Bakıdakı Türk şəhidliyini ziyarət edərək xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti