...

Cəmil Çiçək: "Biz bunu bağışlamayacağıq"

Siyasət Materials 12 İyun 2014 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək İraqın Mosul şəhərində türk diplomatların terrorçular tərəfindən girov götürülməsi ilə bağlı Bakıda bəyanat verib.

Trend xəbər verir ki, C.Çiçək bəyanatını bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında elan edib.

TBMM sədri çıxışında İraqın Mosul şəhərində 49 türk diplomatın terrorçular tərəfindən girov götürülməsini sərt şəkildə pisləyib: "İŞİD (İraq və Şam İslam Dövləti) Mosuldakı konsulluğumuzun baş konsul daxil olmaqla 49 əməkdaşını girov götürüb. Bundan əlavə, bu təşkilat iki gün öncə Kilic keçid məntəqəsində 31 vətəndaşımızı girov götürüb. Biz İraqda tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulamaqla yanaşı, ən qısa zamanda Türkiyə vətəndaşlarının azad edilməsi istiqamətində fəaliyyət göstəririk. Biz Türkiyə olaraq, baş verən hadisələri şiddətlə pisləyir və bunu insanlığa qarşı hərəkət hesab edirik. Əgər vətəndaşlarımız qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq. Biz bunu bağışlamayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti