...

İraq HHQ Tikrit şəhərinin bəzi rayonlarını bombalamağa başlayıb

Siyasət Materials 14 İyun 2014 10:45 (UTC +04:00)
İraq Hərbi Hava Qüvvələri (HHQ) “İarq və Şam İslam Dövləti” terrorçu qruplaşmasının yaraqlılarının nəzarəti altında olan Tikrit şəhərinin bəzi rayonlarını bombalamağa başlayıblar. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin “Haber7” telekanalı xəbər yayıb.
İraq HHQ Tikrit şəhərinin bəzi rayonlarını bombalamağa başlayıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir R.Hafizoğlu/

İraq Hərbi Hava Qüvvələri (HHQ) "İraq və Şam İslam Dövləti" terrorçu qruplaşmasının yaraqlılarının nəzarəti altında olan Tikrit şəhərinin bəzi rayonlarını bombalamağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Haber7" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, aviazərbələr nəticəsində 40 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Telekanal bildirir ki, İraq hakimiyyəti həlak olanların terrorçular olduğunu iddia edir. Lakin yerli sakinlər onların dinc əhali olduğunu bildirirlər.

Dünən "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın paytaxtı Bağdadın 132 km-liyində yerləşən Samirə şəhərini tam olaraq ələ keçirib. Telekanalın məlumatına əsasən, bu, İŞİD terrorçularının ələ keçirdiyi üçüncü şəhərdir.

Bundan əvvəl Mosul, Tikrit ələ keçirilib. İraqın Kərkük şəhəri isə ölkənin şimalındakı kürd administrasiyasınını ordusu tərəfindən terrorçulardan azad edilib. Hazırda Kərkükün nəzarəti tam olaraq kürd administrasiyasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti