...

Daxili işlər naziri: İran İŞİD-lə mübarizədə İraq hərbçilərinə məsləhətlər verir

Siyasət Materials 14 İyun 2014 15:44 (UTC +04:00)
"İraqa hərbi qüvvələr göndərmək niyyətimiz yoxdur, amma İŞİD terrorçu qruplaşmaları ilə mübarizədə İraq hərbçilərinə məsləhətlər veririk".
Daxili işlər naziri: İran İŞİD-lə mübarizədə İraq hərbçilərinə məsləhətlər verir

Azərbaycan, Bakı, 14 iyun /Trend müxbir T.Cəfərov/

"İraqa hərbi qüvvələr göndərmək niyyətimiz yoxdur, amma İŞİD terrorçu qruplaşmaları ilə mübarizədə İraq hərbçilərinə məsləhətlər veririk". Bu sözləri İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Ə.Rəhmani-Fəzli deyib ki, terrorçular İran sərhədinə yaxınlaşarsa, onlar məhv ediləcək: "İran elə bir coğrafi yerdə qərarlaşıb ki, bölgədə İranın ətrafında xaos və atəş alovları şölələnib. İslam Respublikasının düşmənləri bu xaosu İranın daxilinə gətirmək istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti