...

İranın müdafiə naziri: İŞİD və onları dəstəkləyənlər hərbi cinayətlərə görə mühakimə olunmalıdır

Siyasət Materials 30 İyun 2014 17:35 (UTC +04:00)
İŞİD (İraq və Şam İslam Dövləti) təkfirçiləri, BƏƏS terrorçuları və onları dəstəkləyənlər İraqda və Suriyada törətdikləri cinayətlərə görə hərbi cinayətkar kimi mühakimə olunmalıdırlar.
İranın müdafiə naziri: İŞİD və onları dəstəkləyənlər hərbi cinayətlərə görə mühakimə olunmalıdır

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Təmkin Cəfərov/

İŞİD (İraq və Şam İslam Dövləti) təkfirçiləri, BƏƏS terrorçuları və onları dəstəkləyənlər İraqda və Suriyada törətdikləri cinayətlərə görə hərbi cinayətkar kimi mühakimə olunmalıdırlar. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan bu gün Müdafiə Nazirliyinin gənc kadrları ilə görüşündə deyib.

H.Dehqan bildirib ki, İraq və Suriyada minlərlə insan qətl və qarət olunur, zorlama və kütləvi edam halları qeydə alınır: "Bunlar hərbi cinayətlərin aşkar nümunələridir. Beynəlxalq qurumlar və insan hüquqları müdafiəsi iddasında olan güclərin bu cinayətlərə göz yumması bölgənin təhlükəsizliyini pozur".

Nazir qeyd edib ki, bu cinayətlər "sionist" rejimi üçün təhlükəsiz sərhədlərin yaranması və sionizmə zidd qüvvələrin dayanıqlığını zəiflətmək məqsədi ilə törədilir: " İŞİD ABŞ və sionist rejiminin törəməsidir. İŞİD terrorçu qruplaşmasının aqibəti Səddamın aqibətindən də pis olacaq".

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri İraqın ərazi bütövlüyünü dəstəkləyir: "İran vahid, təhlükəsiz və inkişaf etmiş İraq görmək istəyir və bu istiqamətdə atılacaq hər bir addımı dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti