...

Ekmələddin İhsanoğlu: İraqdakı terrorçuların islamla heç bir əlaqəsi yoxdur

Siyasət Materials 12 İyul 2014 14:52 (UTC +04:00)
İraqın bir hissəsinə nəzarət edən "İraq və Şam İslam Dövləti" terror qruplaşmasının islamla heç bir əlaqəsi yoxdur.
Ekmələddin İhsanoğlu: İraqdakı terrorçuların islamla heç bir əlaqəsi yoxdur

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqın bir hissəsinə nəzarət edən "İraq və Şam İslam Dövləti" terror qruplaşmasının islamla heç bir əlaqəsi yoxdur. Bu barədə jurnalistlərə Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu bildirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "TRT Haber" telekanalı xəbər yayıb.

O, qeyd edib ki, bu, terrorçu qruplaşmasıdır və təşkilat təkcə islam dünyası üçün deyil, həm də bütün bəşəriyyət üçün təhlükə doğurur.

İraqdakı siyasi vəziyyət barədə danışan İhsanoğlu onu çox ağır adlandırıb.

Onun sözlərinə görə, Səddam Hüseynin dövründə İraqda şiələrlə sünnilər arasında heç bir problem yox idi.

İhsanoğlu qeyd edib ki, İraqda hakimiyyət dəyişdikdən sonra sünnilərin sıxışdırılması başlandı ki, bu da onlarla şiələr arasında gərginliyin yaranmasına gətirib çıxardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti