Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
"Bütün həyatını siyasətə həsr etmiş Stanislav Tarasov hələ də bilmir ki, Əfqanıstana yükdaşıma sahəsində Azərbaycan neçə ildir ki, mühüm rol oynayır".
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində Rusiyalı politoloq, ekspert S.Tarasovun Rusiya KİV-də dərc olunan məqaləsində guya rəsmi Bakının ABŞ-a öz ərazisi vasitəsilə Əfqanıstandakı yüklərin daşınmasını təklif etməklə Vaşinqtonla sövdələşməyə getməsinə dair fikirlərinə münasibət bildirərkən deyib.