...

Azərbaycan və Türkiyə HHQ-lərinin təyyarə və helikopterlərinin təlimləri (VİDEO)

Siyasət Materials 24 Sentyabr 2014 17:06 (UTC +04:00)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterlərinin təlimlərinin videogörüntüsü yayılıb.
Azərbaycan və Türkiyə HHQ-lərinin təyyarə və helikopterlərinin təlimləri (VİDEO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterlərinin təlimlərinin videogörüntüsü yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan və Türkiyə HHQ-lərinin birgə təlimləri davam edir. Təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlərin növbəti mərhələsi sentyabrın 22-dən başlayaraq oktyabrın 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti