Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Konstitusiyası müasir tələblərə cavab vermir və bu məsələ gec və ya tez həll olunmalıdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.
Onun sözlərinə əsasən, Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da daha əvvəl yeni Konstitusiyanın qəbulunun vacibliyini vurğulamışdı.
Onun sözlərinə görə, mövcud Konstitusiyanın 100-dən çox bəndinə dəyişiklik edilməsinə rəğmən, ölkə hökuməti onu daha demokratik edə bilməyib.