...

Mövlud Çavuşoğlu: Türk diplomatları girov götürmələri terrorçulara baha başa gələcək

Siyasət Materials 2 Oktyabr 2014 16:30 (UTC +04:00)
Terrorçulara Türkiyə diplomatlarını girov götürmələri baha başa gələcək.
Mövlud Çavuşoğlu: Türk diplomatları girov götürmələri terrorçulara baha başa gələcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Terrorçulara Türkiyə diplomatlarını girov götürmələri baha başa gələcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu girovluqdan azad olunmuş diplomatlarla görüşərkən bildirib.

XİN rəhbəri vurğulayıb ki, diplomatların azad olunması Türkiyənin qüdrətinin göstəricisidir.

Qeyd edək ki, sentyabrın 20-də İraqın Mosul şəhərində girov götürülən 49 Türkiyə vətəndaşı azad edilib.

Xatırladaq ki, iyunun 11-də "İslam Dövləti" terrorçuları Türkiyənin Mosuldakı Bak konsulluğuna hücum edərək baş konsul və digər 49 Türkiyə vətəndaşını girov götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti