...

Türkiyə Suriyadakı kürd əhalini "İslam Dövləti"ndən qorumaq niyyətindədir

Siyasət Materials 3 Oktyabr 2014 10:25 (UTC +04:00)
Türkiyə Suriyanın kürdlər yaşayan Kobaniyyə yaşayış məntəqəsini “İslam Dövləti” terror təşkilatının yaraqlılarından qorumaq niyyətindədir.
Türkiyə Suriyadakı kürd əhalini "İslam Dövləti"ndən qorumaq niyyətindədir

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Suriyanın kürdlər yaşayan Kobaniyyə yaşayış məntəqəsini "İslam Dövləti" terror təşkilatının yaraqlılarından qorumaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu "A Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə qanunvericiliyində edilən son dəyişikliklərə görə, ölkənin Silahlı Qüvvələri digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququna malikdir.

Baş nazir həmçinin qeyd edib ki, dövlət ölkə parlamentinin Türkiyə SQ-yə Suriya və İarq ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququ verən mandatı təsdiqləməsindən faydalanmaq niyyətindədir.

Dünən Türkiyə parlamenti ölkə SQ-nin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sənədi dəstəkləyib.

Bundan əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönümlü Xalq Demokrat Partiysı bu sənədi dəstəkləmədiklərini bəyan etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti