...

Taner Yıldız: Ankara İD və PKK arasında fərq qoymur

Siyasət Materials 6 Oktyabr 2014 10:50 (UTC +04:00)
DAnkara "İslam Dövləti" (İQ) və Kürd Fəhlə Partiyasının (PKK) silahlıları arasında fərq qoymur.
Taner Yıldız: Ankara İD və PKK arasında fərq qoymur

Azərbaycan, Bakı, 6 oktyabr/Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara "İslam Dövləti" (İD) və Kürd Fəhlə Partiyasının (PKK) silahlıları arasında fərq qoymur. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, hər iki təşkilatın fəaliyyəti insanların həyatı üçün təhlükə törədir.

Qeyd edək ki, daha əvvəl Türkiyə parlamenti ölkənin Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib. 396 deputatdan 298-i Mandatın lehinə, 98-i əleyhinə səs verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan icazə sənədini dəstəkləyib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu "A Haber" telekanalına müsahibəsində bildirmişdi ki, Türkiyə Suriyanın kürdlər yaşayan Kobaniyyə yaşayış məntəqəsini "İslam Dövləti" terror təşkilatının yaraqlılarından qorumaq niyyətindədir.

Onun sözlərinə görə, Türkiyə qanunvericiliyinə edilən son dəyişikliklərə əsasən, ölkənin Silahlı Qüvvələri digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququna malikdir.

Baş nazir həmçinin qeyd edib ki, dövlət ölkə parlamentinin Türkiyə SQ-yə Suriya və İraq ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququ verən mandatı təsdiqləməsindən faydalanmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti