...

Türkiyədə yaşayış evinə Suriyadan atılmış mərmi düşüb

Siyasət Materials 6 Oktyabr 2014 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Rufiz Rəhimov/

Türkiyənin Şanlıurfa vilayətinin Suruç kəndinə Suriyanın Kobani şəhərinin ərazisindən atılmış mərmi düşüb. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Kobani şəhərində "İslam Dövləti" təşkilatının döyüşçüləri və yerli kürdlər arasında döyüşlər gedir.

Məlumata görə, mərmi yaşayış evinə düşüb, xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti