...

Türkiyə "İslam Dövləti" yaraqlılarına qarşı əməliyyatlarda bir şərtlə iştirak edəcək ki...

Siyasət Materials 7 Oktyabr 2014 10:15 (UTC +04:00)
Türkiyə Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcək ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin.
Türkiyə "İslam Dövləti" yaraqlılarına qarşı əməliyyatlarda bir şərtlə iştirak edəcək ki...

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcək ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin. Trend xəbər verir ki, bu barədə Baş nazir Əhməd Davudoğlu CNN telekanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Suriyada zorakılığın artmasına və terrorçuların fəallaşmasına səbəb ölkə Prezidenti Bəşşar Əsədin başçılıq etdiyi rejimdir.

Ə.Davudoğlu qeyd edib: "Nə qədər ki, Bəşşar Əsəd hakimiyyətdədir, Suriya şəhərlərinin əksəriyyəti "İslam Dövləti" yaraqlılarının nəzarəti altına düşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti