...

Türkiyə kəşfiyyatı ölkədə terror aktları ilə bağlı məlumatlandırılıb

Siyasət Materials 7 Oktyabr 2014 10:53 (UTC +04:00)
Türkiyə kəşfiyyatı "İslam Dövləti" terror təşkilatı yaraqlılarının ölkədə terror aktları törədəcəkləri barədə məlumatlandırılıb.
Türkiyə kəşfiyyatı ölkədə terror aktları ilə bağlı məlumatlandırılıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə kəşfiyyatı "İslam Dövləti" terror təşkilatı yaraqlılarının ölkədə terror aktları törədəcəkləri barədə məlumatlandırılıb. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.

Telekanal xəbər verir ki, yaraqlılar Türkiyə parlamentinin oktyabrın 2-də ordunun İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı qəbul etməsindən sonra terror aktları törətməyi planlaşdırıblar.

Qeyd edək ki, bu günlərdə Türkiyə parlamenti ölkə Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti