...

"İslam Dövləti" terror təşkilatında fransalı general

Siyasət Materials 8 Oktyabr 2014 10:29 (UTC +04:00)
Suriya və İraqda fəaliyyət göstərən “İslam Dövləti” terror təşkilatında fransalı generalın olduğu ortaya çıxıb.
"İslam Dövləti" terror təşkilatında fransalı general

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu

Suriya və İraqda fəaliyyət göstərən "İslam Dövləti" terror təşkilatında fransalı generalın olduğu ortaya çıxıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Kanal7" telekanlı xəbər verib.

Məlumata əsasən, hələ ki, adı açıqlanmayan generalın ərəb əsilli olduğu və Fransa kəşfiyyatı ilə sıx əməkdaşlıq etdiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, məhz Suriyanın Rakka və Deyr əz-Zor, İraqın Mosul, Kərkük və Ramadi şəhərləri məhz bu generalın qurduğu döyüş taktikası ilə "İslam Dövləti"nin nəzarətinə keçib.

Qeyd edək ki, "İslam Dövləti" (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islamçı qruplaşma daxil idi.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.

"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.

İyunun 10-da "İslam Dövləti" qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə yaraqlılar İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada nəzarəti altında olan ərazilərdə "İslam xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Oktyabrın 6-da Suriyanın Kobani şəhərinin "İslam Dövləti"nin nəzarətinə keçməsi ilə Türkiyə-Suriya sərhədinin böyük bir qisminə terrorçuların nəzarət etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti