...

Ukraynada seçki protokollarının 90 faizi hesablandı

Siyasət Materials 28 Oktyabr 2014 16:59 (UTC +04:00)
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı Ali Radaya seçkilər üzrə protokolların 90,02 faizinin hesablanmasından sonra Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,16 faizini, "Petro Poroşenkonun bloku" isə 21,77 faizini toplayıb.
Ukraynada seçki protokollarının 90 faizi hesablandı

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı Ali Radaya seçkilər üzrə protokolların 90,02 faizinin hesablanmasından sonra Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,16 faizini, "Petro Poroşenkonun bloku" isə 21,77 faizini toplayıb. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

MSK-nın mətbuat mərkəzindəki interaktiv lövhədə dərc olunan məlumata görə, Qarşılıqlı Yardım Partiyası 10,96 faiz, "Müxalif blok" 9,35 faiz, Radikal Partiya 7,46 faiz, "Batkivşina" isə 5,7 faiz səs toplayıb.

Hesablamanın nəticələrinə görə, digər partiya və bloklar beş faizlik səddi keçə bilməyiblər. Azadlıq Partiyası 4,71 faiz səslə bu baryeri aşmağa daha yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti