...

XİN: "Azadlıq Radiosu" Ermənistanın işğalını və təcavüzün nəticələrini təşviq edir

Siyasət Materials 21 Yanvar 2015 15:16 (UTC +04:00)
Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır.
XİN: "Azadlıq Radiosu" Ermənistanın işğalını və təcavüzün nəticələrini təşviq edir

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, "Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımızla əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən "Azadlıq Radiosu" bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək".

Qeyd edək ki, "azadlıqradiosu.az" ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə "Azadlıq Radiosunun"nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti