Azərbaycan, Bakı, 23 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".