...

Texasda Azərbaycana həsr edilmiş seminar keçirilib (FOTO)

Siyasət Materials 24 Fevral 2015 19:50 (UTC +04:00)
Texas ştatının Laredo şəhərində yerləşən Texasın A&M Beynəlxalq Universitetində Azərbaycana, onun regional və beynəlxalq əhəmiyyətinə həsr edilmiş seminar keçirilib.
Texasda Azərbaycana həsr edilmiş seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Texas ştatının Laredo şəhərində yerləşən Texasın A&M Beynəlxalq Universitetində Azərbaycana, onun regional və beynəlxalq əhəmiyyətinə həsr edilmiş seminar keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Laredo şəhərindən olan konqresmen Henri Kuelar, şəhərin meri Pit Sianez, universitetin prezidenti Rey Kek və səfir Elin Süleymanovun iştirak etdiyi tədbirdə Azərbaycanın regional əhəmiyyəti vurğulanmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol yüksək dəyərləndirilib.

ABŞ-ın tanınmış ali təhsil müəssisələrindən olan Texasın A&M Beynəlxalq Universitetində Azərbaycana dair keçirilmiş təbdir, eləcə də E.Süleymanovun çıxışı barədə məlumat Texasın "Laredo Morning Times", ispandilli "El Quiosco" qəzetlərində dərc edilib və KGNS televiziyası vasitəsilə yayınlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti