...

Nizami Cəfərov: "Bunun başqa izahı yoxdur"

Siyasət Materials 25 Mart 2015 15:06 (UTC +04:00)
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyada çoxlarını sevindirsə də, müəyyən qüvvələri sevindirmir.
Nizami Cəfərov: "Bunun başqa izahı yoxdur"

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyada çoxlarını sevindirsə də, müəyyən qüvvələri sevindirmir. Ona görə də istər-istəməz müxtəlif səviyyələrdə qarayaxmalar, bu oyunların uğursuz alınmasına yönələn cəhdlər var".

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

O, qeyd edib ki, bu cəhdlər Azərbaycanın inkişafını gözügötürməzlikdən irəli gəlir: "Bunun başqa izahı yoxdur. Bu qarayaxma bədxahlıq məqsədi ilə aparılır. Burada siyasi, iqtisadi qüvvələr də, şəxsi maraqlar da var. Ancaq bütün bunlar əbəs yerədir. Çünki Azərbaycanın iradəsi, nüfuzu var".

Millət vəkili bildirib ki, bu bədxahlığın nümunəsi "Eurovision" mahnı müsabiqəsində də göründü: "Burada da bədxahlıq elementləri müşahidə edildi, amma bunun heç bir əhəmiyyəti olmadı və Azərbaycan bu musiqi tədbiri ilə bir daha dünyaya tanındı. İndi idman sahəsində də Azərbaycanın uğurlarını bütün dünya görür. Ölkəmizin qonaq qarşılamaq mədəniyyəti dünyaya məlumdur və bu mədəniyyət daha da inkişaf edir".

N.Cəfərov deyib ki, humanist dünya qətiyyən şübhə etmir ki, ilk Avropa Oyunları Azərbaycanda uğurla keçiriləcək və özünün yeni standartlarını müəyyənləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti