...

Duma üzvü: Azərbaycanın Qərblə layihələri Rusiya üçün təhlükə törətmir

Siyasət Materials 8 Aprel 2015 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycan ABŞ ilə münasibətlərinə görə Rusiya ilə əlaqələrini qurban verməyəcək, bununla belə, özü üçün mənfəətli olan Qərbin iqtisadi layihələrində iştirak imkanını da əldən verməyəcək. Trend-in "Vestnik Kavkaz"a istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədri Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, bizim ümumi sərhədimiz, tarixən yaxın əlaqələrimiz var: "Rusiya və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur. Azərbaycan hökuməti bunu bilir və Rusiyanın qonşu ölkələrdə çevrilişlərdə deyil, sabit və balanslaşdırılmış siyasi proseslərdə maraqlı olmasından çıxış edir. Buna görə də Azərbaycanın Qərblə birgə iqtisadi layihələrində təhlükə olduğunu görmürəm. Mən Azərbaycanın Rusiya ilə münasibətləri üçün təhlükə görmürəm".

A.Puşkov Azərbaycanın Qərb ölkələrinin iştirak etdiyi hər hansı layihədə olmasını Rusiya üçün mənfi hal hesab etmir: "Zənnimcə, ABŞ-ın Bakıdakı səfirliyinin fəaliyyəti, xüsusilə bu fəaliyyətin siyasi aspektləri bir sıra suallar doğurur. Çünki ABŞ-ın xarici siyasətindən "narıncı inqilab" mövzusunu heç kəs çıxarmayıb. Fikrimcə, ABŞ-ın bir sıra ölkələrdə "narıncı inqilab"lara kömək etməsi Azərbaycan rəhbərliyi tərəfindən nəzərə alınır. Buna görə də ABŞ ilə münasibətlər olduqca ziddiyyətli məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti