...

Estoniya Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən konfransda iştirak edib (FOTO)

Siyasət Materials 15 May 2015 19:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın "Elektron Hökumət Akademiyası" təşkilatının təşkilatçılığı ilə 12-13 may 2015-ci il tarixlərində Tallində ölkəmizin elektron hökumət sahəsində qazandığı təcrübəyə həsr olunan konfrans keçirilib.
Estoniya Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən konfransda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın "Elektron Hökumət Akademiyası" təşkilatının təşkilatçılığı ilə 12-13 may 2015-ci il tarixlərində Tallində ölkəmizin elektron hökumət sahəsində qazandığı təcrübəyə həsr olunan konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıya dünyanın müxtəlif ölkələrini təmsil edən 200-ə yaxın dövlət rəsmisi, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Konfransda giriş nitqi ilə çıxış edən Estoniya Prezidenti Toomas Hendrik İlves tədbirin mühüm və aktual mövzuya həsr olunduğunu deyərək elektron hökumət sahəsində qazanılan təcrübələrin paylaşılmasının faydalı olduğunu vurğulayıb.

Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

"Elektron Hökumət Akademiyası"nın icraçı direktoru Arvo Ott çıxış edərək ölkəmizdə "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib və Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Sultanova "ASAN xidmt" mərkəzlərinin vətəndaşlara xidmət sahəsindəki uğurlarına görə fəxri diplom və mükafat təqdim edib.

Konfransın ikinci günü iştirakçılara "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat verilərək bildirilib ki, 10 dövlət qurumunu bir məkanda birləşdirən "ASAN xidmət" mərkəzləri vətəndaşlara effektiv və şəffaf şəkildə xidmətin göstərilməsini təmin edən unikal bir modeldir. Xidmətlərin göstərilməsi zamanı innovativ yeniliklərin tətbiqi xidmətlərin sürətli şəkildə həyata keçirilməsini təmin edir. "ASAN xidmət" mərkəzlərində 500-ə yaxın könüllünün çalışması da qeyd olunub. Sonda nümayəndə heyətinin üzvləri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.

Qeyd edək ki, Estoniyanın bir sıra media qurumları konfransa böyük maraq göstərib:

http://rus.delfi.ee/daily/business/estonskie-predpriyatiya-pomogayut-azerbajdzhanu-v-razvitii-e-gosudarstva?id=71462431
http://uudisvoog.postimees.ee/?DATE=20150512&ID=362388
http://www.battleit.eu/e-riigi-akadeemia-tunnustas-aserbaidzaani-saavutusi-e-valitsemise-alal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti