...

Litvada Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb (FOTO)

Siyasət Materials 2 İyul 2015 15:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb.
Litvada Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 2-də Litvada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın Baş naziri cənab Algirdas Butkeviçius ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən Müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb.

Müdafiə naziri çıxışında bildirib: "Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək."

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti