...

Politoloq: Beynəlxalq ictimaiyyətin bəlli dairələri Ermənistanla Azərbaycanın barışmasında maraqlı deyil

Siyasət Materials 7 İyul 2015 13:31
"Beynəlxalq ictimaiyyətin bəlli dairələri Ermənistanla Azərbaycanın barışmasında maraqlı deyil. Bakıda keçirilən Avropa oyunlarında Ermənistan komandası 36-cı yeri tutdu. Bu, erməni komandasının kənar təsirlər olmadan özünün əldə etdiyi nəticə idi. Ermənistanın komandasının Bakıdakı Avropa Oyunlarındakı iştirakına münasibət paradoksal fərqlidir".
Politoloq: Beynəlxalq ictimaiyyətin bəlli dairələri Ermənistanla Azərbaycanın barışmasında maraqlı deyil

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Beynəlxalq ictimaiyyətin bəlli dairələri Ermənistanla Azərbaycanın barışmasında maraqlı deyil. Bakıda keçirilən Avropa oyunlarında Ermənistan komandası 36-cı yeri tutdu. Bu, erməni komandasının kənar təsirlər olmadan özünün əldə etdiyi nəticə idi. Ermənistan komandasının Bakıda ilk Avropa Oyunlarında iştirakına münasibət paradoksal fərqlidir".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan komandasının üzvləri, məşqçilər, hətta Ermənistan rəsmiləri Bakıdakı Oyunlarla bağlı heç bir irad bildirmədilər: "Əksinə, Bakıda onlara yaradılan şəraitdən razılıq etdilər. Ermənilərin Avropa və ABŞ-kı havadarları isə mətbu orqanları vasitəsi ilə Ermənilərin Bakıdakı iştirakında yalnız neqativlik axtardılar. Olmayan şeyləri uydurub yazdılar. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyət Ermənistanla Azərbaycanın barışmasında maraqlı deyil. Beynəlxalq ictimaiyyətin bəzi dairələri Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsində, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət həll edilməmiş qalmasında maraqlıdırlar. Ola bilər həmin qüvvələr bunu qazanc məqsədi ilə edirlər. Türkiyə və Azərbaycan əleyhinə başqa alət yarada bilməyiblər".

Politoloq bildirib ki, Ermənilərin onlar üçün aktuallığı da buradadır: "Avropa Oyunları zamanı ermənilərlə əlaqəli ciddi siyasi hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev mükafatlandırma mərasimində iştirak edərkən mükafatçılardan biri erməni idi. Erməninin adını eşidən idman salonunda etiraz səs-küyü qalxdı. Prezident İlham Əliyev əlinin bircə işarəsi ilə stadionu sakitləşirdi, erməni idmançının mükafatını şəxsən təqdim etdi. Burada həm Azərbaycan Prezidenti İlham Əliyevin xalqı idarə etmə bacarığı barədə uzağa gedən nəticələr çıxarmaq olardı. Həm də açıq-aşkar göründü ki, Prezident İlham Əliyev beynəlxalq tədbirlərə necə ev sahibliyi edir".

Mərkəz rəhbəri sonra qeyd edib ki, beynəlxalq ictimaiyyətin ermənilərin tərəfini saxlayan strukturlarında sağlam yanaşma olsa idi, onlar ermənilərin ilk Avropa Oyunlarında iştirakında və Prezident İlham Əliyevin bu jestində ermənilərin Azərbaycanın tərkibində yaşamasının mümkünlüyünü görərdilər və bunu təbliğ edərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti