Azərbaycan, Bakı, 9 iyul /Trend/
"ABŞ Səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır nə də partiyaları maliyyələşdirir". Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi son günlər bəzi KİV-lərdə rəsmi Vaşinqtonun ölkəmizdə çeviriliş hazırlaması barədə gedən informasiya ilə bağlı bəyanatında məlumat verib.
Bəyanatda deyilir: "Səfir Robert Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Musavat partiyalarıda daxil olmaqla, müxtəlif siyasi partiyalar nümayəndələri ilə görüşərək onların fikirlərini dinləmişdir. Sözügedən görüşlər Səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılmışdır. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilədə görüşlər keçirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir".
ABŞ Azərbaycanda çevriliş hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirdi
ABŞ-ın Səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır nə də partiyaları maliyyələşdirir.