...

Əfqanıstan səfiri: Azərbaycanlı sülhməramlılar sayəsində dünya daha təhlükəsiz olur

Siyasət Materials 9 İyul 2015 14:38 (UTC +04:00)
Əfqanıstan son on üç il ərzində ölkədə sabitliyin təmin olunması işinə öz davamlı töhfəsini verdiyinə görə Azərbaycana minnətdardır.
Əfqanıstan səfiri: Azərbaycanlı sülhməramlılar sayəsində dünya daha təhlükəsiz olur

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Anaxanım Hidəyatova/

Əfqanıstan son on üç il ərzində ölkədə sabitliyin təmin olunması işinə öz davamlı töhfəsini verdiyinə görə, Azərbaycana minnətdardır. Bu barədə Trend-ə Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

Diplomat bildirib ki, azərbaycanlı sülhməramlılar sayəsində Əfqanıstan və dünya daha təhlükəsiz bir yerə çevrilir: "Əfqanıstandakı azərbaycanlı sülhməramlılara missiyalarını yerinə yetirmələrində uğurlar arzu edirəm. Əminəm ki, onlar mərhəmət tarixində öz izini qoyacaq, adları və mərdliyi Əfqanıstan xalqının qəlbində və yaddaşında əbədi qalacaq".

Xatırladaq ki, ötən gün NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti