...

Azərbaycan və Afrika İttifaqı razılıq əldə etdi: Təmaslar artırılacaq (FOTO)

Siyasət Materials 9 İyul 2015 18:49
Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında daimi nümayəndəsi Elman Abdullayev Aİ-nin infrastruktur və enerji məsələləri üzrə komissarı Elham İbrahimlə görüş keçirib.
Azərbaycan və Afrika İttifaqı razılıq əldə etdi: Təmaslar artırılacaq (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında daimi nümayəndəsi Elman Abdullayev Aİ-nin infrastruktur və enerji məsələləri üzrə komissarı xanım Elham İbrahimlə görüş keçirib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycanın regionda lider ölkə olması, Azərbaycanın uğurları, ölkəmizin dəstəyi ilə həyata keçirilən enerji layihələri və regionun inkişafına ölkəmizin verdiyi töhfəsi barədə Aİ komissarına geniş məlumat verib.

Aİ komissarı, öz növbəsində, Azərbaycanın dünyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, ölkəmizin bu sahədəki regional və beynəlxalq təşəbbüsləri ilə yaxından tanış olduğunu qeyd edib.

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yaradılması və bu əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Münasibətlərin inkişafı üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi və tərəflər arasında təmasların artırılması barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti