Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Suriya ərazisində İŞİD terror təşkilatının döyüşçülərinə qarşı aparılan hərbi əməliyyata cavab olaraq İŞİD Türkiyədə terror aktları həyata keçirməyə hazırlaşır.
Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyə kəşfiyyatı (MIT) xəbər yayıb.
Məlumatda deyilir ki, hücum hədəflərinin hərbi obyektlər və ticarət mərkəzləri olacağı istisna edilmir.