...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər

Siyasət Materials 7 Avqust 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib. İndiyədək bu formatda 4 görüş baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti