Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Azərbaycanın sərhəd gözətçi gəmisi xidməti döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S-306 №-li sərhəd gözətçi gəmisi xidməti döyüş fəaliyyətinə başlaması ilə əlaqədər sentyabrın 16-da Xəzər dənizinə endirilib.