...

Azərbaycanda 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Siyasət Materials 29 Sentyabr 2015 17:27 (UTC +04:00)
Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Azərbaycanda 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1753 nəfər müraciət edib: "Onlardan 565-i siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1645-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib".

M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1553 nəfəri imza vərəqəsi alıb: "665 nəfər artıq imza vərəqələrini qaytarıb".

MSK sədri bildirib ki, seçkiləri izləmək istəyən 110 müşahidəçidən 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb. Onun sözlərinə görə, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti