...

Məzahir Pənahov: Deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb

Siyasət Materials 14 Oktyabr 2015 11:48 (UTC +04:00)
“Dünənə qədər deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, təqribən 1000 ətrafında deputatlığa namizəd qalıb”.
Məzahir Pənahov: Deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Azər Niftiyev/

"Dünənə qədər deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, təqribən 1000 ətrafında deputatlığa namizəd qalıb".

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır: "Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstərişlər vermişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti