...

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib (FOTO / VİDEO)

Siyasət Materials 11 Noyabr 2015 13:36 (UTC +04:00)
Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.
Azərbaycan Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib (FOTO / VİDEO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda, aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti