...

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verdi

Siyasət Materials 4 Fevral 2016 19:50 (UTC +04:00)
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar Birləşmiş Ştatların Konqresində bəyanatla çıxış edib.
ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verdi

Bakı. Trend:

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar Birləşmiş Ştatların Konqresində bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

D.Peyn bəyanatında bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırış edib.

Konqresmen sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə yerləşdiyini, ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti