Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm".