Bakı. Rufiz Hafizoğlu - Trend:
Prezidentlə dostluq hər şeydən vacibdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, ən vacibi Baş nazir vəzifəsi deyil, siyasi baxışlardır.
Ə.Davudoğlu qeyd edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə və bütün regionda sabitliyin təminatçısıdır.