...

TBMM sədri: Azərbaycan və Türk diasporu daha sıx əməkdaşlıq etməlidir

Siyasət Materials 31 Avqust 2016 12:53 (UTC +04:00)
Azərbaycan və Türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdır.
TBMM sədri: Azərbaycan və Türk diasporu daha sıx əməkdaşlıq etməlidir

Bakı. Trend:

Azərbaycan və Türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşdə belə deyib.

30 avqust Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və onun müavini Rəsul Məmmədovu qəbul edən İsmail Kahraman Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb.

O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və Türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri isə öz növbəsində bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Yunus Emre İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirlmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı verdiyi haqsız qərarın digər ölkələrdə də təkrarlanmamsı üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.

Qeyd edək ki, avqustun 30-da Türkiyənin Dumlupınardə qazandığı zəfərin 94-cü ildönümü qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti