Prezident İlham Əliyev Salyanın Kürsəngi kəndində pambıq sahələrinə baxıb (FOTO)

Prezident İlham Əliyev Salyanın Kürsəngi kəndində pambıq sahələrinə baxıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxıb.

Dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib. 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır. Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Pambıqçılarla söhbət edən Prezident İlham Əliyev dedi:

-1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı. Keçən il cəmi 30 min ton pambıq yığılmışdır. İndi 24 rayonda yeni proqram icra edilir, o cümlədən Salyan rayonunda pambıq sahələri genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış torpaq idi. Görülən operativ tədbirlər nəticəsində indi bu 120 hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.

İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək.

Bu tarlalarda işləyənlərin şəraiti də yaxşı olmalıdır. Burada tarla düşərgəsi də var. Təbii ki, pambıqçılar üçün hər cür şərait yaradılmalıdır, su, yemək təşkil olunmalıdır. 1970-ci illərdə Ulu Öndərin rayonlara səfərlərində mən də onun yanında idim. Tarla düşərgələrində keçirdiyi çoxsaylı görüşlərini xatırlayıram.

Pambıqçı qadın: Mən də xatırlayıram. Bu görüşlərin canlı şahidiyəm.

Prezident İlham Əliyev: Siz o vaxt işləmisiniz?

Pambıqçı qadın: Bəli, 1972-ci illər idi, mən beşinci sinifdə oxuyurdum. Rəhmətlik Ulu Öndərimiz bizim kəndə təşrif buyuranda mən də kolxozçularla bərabər sahədə olmuşam. Onunla əl verib görüşmüşəm. Bunu Allah-Təala mənə nəsib edib. Onda Ulu Öndərimiz mənim başıma sığal çəkib dedi ki, qızım, de görüm böyüyəndə nəçi olacaqsan? Dedim, pambıqçı. “Balama afərin” deyib əlini çiynimə çəkdi. Allah Ulu Öndərimizi qəni-qəni rəhmət etsin. Möhtərəm Prezidentimiz, Siz onun layiqli davamçısısınız, Allah Sizə cansağlığı versin. Siz onun yolunu davam etdirərək pambıqçılığa geniş yer verirsiniz. Bizim Salyan əhalisi iş yeri ilə təmin olunub. Hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Hamının rifahı yaxşılaşıb, hamı gözəl yaşayır. Sizə minnətdarıq, çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin. Allah övladlarınızı qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Pambığın alış qiymətini də artırdıq ki, indi bu tarlalarda işləyənlər daha çox pul qazansınlar. Şərait də yaxşı olmalıdır. Forma da verilib. Gərək sizin bütün iş şəraitiniz yaxşı olsun. Burada bir briqada işləyir?

İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov: Bir neçə briqada işləyir. Hətta, cənab Prezident, bir neçəsinə deyilib ki, iş qurtarandan sonra sizi sanatoriyalara göndərəcəyik.

Prezident İlham Əliyev: Bəli, siz gərək yaxşı işləyənləri fərqləndirəsiniz. Əlavə olaraq yaxşı mükafat verilsin. Gəlin, sizinlə görüşüm. Atamla görüşmüşünüz, mən də sizinlə görüşüm.

Pambıqçılar: Allah Sizə cansağlığı, uzun ömür versin. Çünki biz bir ailəyik. Siz bütün Azərbaycanımızın başçısısınız. Sülh və əmin-amanlıq içərisində yaşayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Sizin hamınıza cansağlığı arzulayıram.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev pambıq tarlasına baxdı və pambıqçılarla bir daha söhbət etdi.

Prezident İlham Əliyev: Formanız da var. Hər şeylə təmin olunmusunuz. Amma o illərdə pambıq daha tez yetişirdi, sentyabrın əvvəlində yığım başlayırdı.

Təsərrüfat rəhbəri: Sizin tapşırığınızdan sonra biz bu torpaqları dövriyyəyə verdik. Bu torpaqlar tamam şoranlaşmışdı, pis vəziyyətdə idi.

Prezident İlham Əliyev tarladan pambıq dərərək dedi: Bu, tarlanın ilk məhsuludur.

Pambıqçı qadınlar: Əliniz yüngül, bərəkətli olsun, inşallah.

Prezident İlham Əliyev: Keyfiyyəti necədir?

Təsərrüfat rəhbəri: Çox yaxşıdır. Liflərin uzunluğu 32,5 millimetrdir. Qabaqlar bizdə digər sortlar var idi - “Ağdaş”, “30-38”, “S-47”. Emal üçün ən sərfəli “ağ qızıl”dır. Bunlar mahlıcdır. Möhtərəm Prezident, mahlıc çıxımı əvvəllər təxminən 26-27 faiz olurdu. Hazırda 40-41 faiz mahlıc çıxımı var. Özü də bunlar üçüncü tipdir, yəni, yumşaqdır.

Prezident İlham Əliyev: Yəni, ixrac üçündür?

Təsərrüfat rəhbəri: Bəli, ixrac üçündür. Bunlar əvvəlkilərdən fərqli olaraq çox keyfiyyətli pambıqdır.

Prezident İlham Əliyev: Bəs, hektardan nə qədər məhsuldarlıq gözlənilir?

Təsərrüfat rəhbəri: 25 sentnerdən yuxarı məhsuldarlıq gözlənilir. Əgər biz əkini vaxtında aparsaydıq hətta 30-35 sentner pambıq götürə bilərdik. Amma biz gecikmişdik. Sizin tapşırığınızdan sonra biz qısa müddətdə gecə-gündüz çalışaraq 18 kilometrdən çox məsafədən suyu buraya gətirmişik, 15 qurğu tikmişik. Duker, akveduk, şülüzlər, körpülər və baş hissədə üç nasos qurmuşuq. Beş kilometr məsafədən 10 kilovoltluq hava elektrik xətti çəkmişik. Yarımstansiya qurmuşuq və suyu onun vasitəsilə ötürürük. Gələn il burada pilot suvarma sistemləri quraşdıracağıq. Bu, məhsuldarlığı 40-45 sentnerə çatdıracaq.

Prezident İlham Əliyev: Bu sistemlər sifariş olunub, tezliklə gətiriləcək. Məhsuldarlıq daha çox artacaq.

Təsərrüfat rəhbəri: Sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Sovet vaxtı bu torpaqlar da əkilmişdi?

Təsərrüfat rəhbəri: Xeyr, burada heç vaxt əkin olmayıb. Bura şoran torpaq idi, bərbad vəziyyətə düşmüşdü. Biz qısa müddətdə xeyli iş gördük.

Prezident İlham Əliyev: Burada şoran torpaq çoxdur? Neçə hektardır?

Pambıqçı: Çoxdur, bizim 18 min hektar şoran torpaqlarımız var.

Prezident İlham Əliyev: Əgər o torpaqlarda da iş görülərsə, onları da dövriyyəyə vermək olar? Yolun qarşı tərəfində də eyni vəziyyətdir.

Təsərrüfat rəhbəri: İnşallah, o torpaqları da dövriyyəyə verəcəyik.

Prezident İlham Əliyev: Buna “ağ qızıl” deyirlər.

Pambıqçı: Bəli, möhtərəm Prezident, mən bir söz demək istəyirəm. Biz xalqın, cəmiyyətin içərisində olan adamlarıq. Sizin dönməzliyinizi, fədakarlığınızı, xalqımız, Vətənimiz üçün gördüyünüz işləri hamı qiymətləndirir və Sizə duaçıdır. Biz də dua edirik.

Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam ki, qısa müddətdə - bir neçə ay ərzində biz bu işləri görə bildik. Yerli icra orqanları yaxşı işlədilər. Prezident Administrasiyası əsas yükü öz üzərinə götürdü və biz bu işləri görə bildik. Baxın, necə də gözəl görünür. Gələn il 7 min hektar olacaq, ondan sonra işlər daha da sürətlə gedəcək. Mən gərək bu pambığı birinci məhsul kimi saxlayım.

Təsərrüfat rəhbəri: Şəxsən Sizin tapşırığınızla becərilmiş torpağın məhsuludur.

Prezident İlham Əliyev: Şəxsən özüm dərmişəm.

Pambıqçılar: Allah Sizə cansağlığı versin. Sizə uzun ömür arzulayırıq. Siz Azərbaycanı əmin-amanlıq şəraitində yaşadırsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə uğurlar arzulayıram.

Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib
Loading Bars
Xəbər lenti
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
Bütün xəbərlər