...

"Rəy" Monitorinq Mərkəzi referendumda "exit-poll" keçirəcək

Siyasət Materials 10 Sentyabr 2016 14:18 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
"Rəy" Monitorinq Mərkəzi referendumda "exit-poll" keçirəcək

Bakı. İlhamə İsabalayeva-Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda sentyabrın 26-a təyin edilmiş ümumxalq səsverməsində "exit-poll" keçirmək niyyətində olan "Rəy" Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, bu qurumun seçki prosesində 4 dəfə "exit-poll" keçirmək təcrübəsi var. Bu dəfə təşkilat 48 dairə üzrə "exit-poll" keçirmək istəyir.

Prosesdə 450 əməkdaş iştirak edəcək. Seçki prosesi ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə məlumat açıqlanacaq.

İclasda mərkəzin müraciəti qəbul edilib.

İclasda həm də bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, MSK-nın 7 sentyabr 2016-cı il tarixli iclas protokolu təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti