...

Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər planlaşdırılır (ÖZƏL)

Siyasət Materials 25 Oktyabr 2016 11:27 (UTC +04:00)
Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər baş tuta bilər.
Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər planlaşdırılır (ÖZƏL)

Bakı. Yelena Kosolapova - Trend:

Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər baş tuta bilər.

Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov Trend-ə müsahibəsində bildirib ki, hazırda bu məsələyə iki ölkənin müvafiq qurumları tərəfindən baxılır.

Səfirin sözlərinə görə, bundan başqa, ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq gedir.

Z.Saidov xatırladıb ki, hazırda Azərbaycan-Tacikistan münasibətləri 30-dan çox saziş və müqavilə ilə tənzimlənir: "Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün qarşılıqlı səylər göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti