Bakı. Trend:
Xorvatiya ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardım etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
K.Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiyanın müxtəlif sahələrdə Azərbaycana təklif edə biləcəyi təcrübələri var:
"Ərazilərin minalardan təmizlənməsi sahəsində də bizim böyük təcrübəmiz var. Bildiyiniz kimi, biz bu sahədə qabaqcıl texnologiyaya malik bir ölkəyik. Təəssüflər olsun ki, Azərbaycanın da bu sahədə müəyyən problemləri var və biz bu işdə də sizə yardım etməyə hazırıq".