...

Media mütəxəssisi: Bakıda beynəlxalq tədbirlərin keçirilməsi yeni təcrübələrin əldə olunması üçün əhəmiyyətlidir(FOTO)

Siyasət Materials 16 Noyabr 2016 16:16 (UTC +04:00)
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası yeni təcrübələrin əldə olunması üçün çox əhəmiyyətlidir.
Media mütəxəssisi: Bakıda beynəlxalq tədbirlərin keçirilməsi yeni təcrübələrin əldə olunması üçün əhəmiyyətlidir(FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası yeni təcrübələrin əldə olunması üçün çox əhəmiyyətlidir.

Bunu Trend-ə media üzrə məsləhətçi Deyvid Sklesinqer deyib.

O bildirib ki, bu cür tədbirlərdə bütün dünyadan olan xəbər agentlikləri bir araya gəlir, müxtəlif cağırışları müzakirə edir və gələcək, innovasiyalar haqqında düşünürlər. D.Sklesinqer tədbirin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, bu tədbirlər vasitəsilə çox sayda insan Azərbaycana gəlmək və ölkə ilə yaxından tanış olmaq imkanı əldə edir: "O insanlar Azərbaycanda medianın rolunu, söz və ifadə azadlığının mövcudluğunu görürlər, ölkədəki proseslər barəsində Prezidentin dilindən eşidirlər. Əlbəttə bütün bunlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və dünyada ölkə barəsində düzgün təsəvvürün formalaşmasına xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti