...

Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası keçirilir (YENİLƏNİB)(FOTO)

Siyasət Materials 18 Noyabr 2016 10:58 (UTC +04:00)
Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilir.
Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının  XVI Baş Assambleyası keçirilir (YENİLƏNİB)(FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilir.

Trend-in məlumatına görə, təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi iştirak edir. Assambleyada 2016-2019-cu illərdə təşkilata sədrlik Rusyanın TASS agentliyindən AZƏRTAC-a keçəcək, baş direktor Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayacaq.

Toplantıda İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək, Texniki və Etik komitələrin hesabatları dinləniləcək. Növbəti üç ildə bu təşkilatın veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

Toplantıda üzv agentliklər arasında keçirilən “OANA Mükəmməllik Mükafatı” müsabiqəsinin qalibləri təltif ediləcək.

Assambleya çərçivəsində qurumun İcraiyyə Komitəsinin 40-cı və 41-ci iclasları baş tutacaq.

Üzv agentliklər XVII Baş Assambleyanın yeri və vaxtını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Azərbaycanın TREND və AZƏRTAC informasiya agentlikləri OANA-nın üzvləridir.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. OANA-nın üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Təşkilatın 35 ölkədən 43 üzv agentliyi var.

Təşkilatın üç ildən bir keçirilən Baş assambleyalarında informasiya agentlikləri qarşısında duran problem və çağırışlar müzakirə edilir, media sahəsində ən yeni üsullar barədə fikir mübadiləsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti